Qazaxıstan 2035 ci ilə qədər iki AES in tikintisini başa çatdırmağı planlaşdırır

04.11.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 4 noyabr, AZƏRTAC

Qazaxıstan “Balxaş” və “Moyınkum” atom elektrik stansiyalarının tikintisini 2035-ci ilə qədər başa çatdırmağı planlaşdırır.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu barədə hökumətin brifinqində bildirib.

Onun sözlərinə görə, birinci AES olan “Balxaş” Rusiyanın “Rosatom” konsorsiumu ilə birgə tikiləcək. “Moyınkum” AES-in tikintisi üçün isə Çin Milli Atom Enerjisi Korporasiyası ilə danışıqlar aparılır. Sazişin şərtləri və layihənin icra müddətləri hazırda müzakirə olunur.

Bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Balxaş” AES-in tikintisinə 2027-ci ildə başlanması və “Moyınkum” AES layihəsinin həyata keçirilməsini sürətləndirmək üçün saziş bağlanmasını təklif etmişdi.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью