Qazaxıstan ABŞ dan 4,2 milyard dollarlıq lokomotiv alacaq

23.09.2025

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

ABŞ-ın lokomotiv komponentləri istehsalçısı “Wabtec” Qazaxıstanla 4,2 milyard dollar dəyərində 300 yük lokomotivinin tədarükünə dair müqavilə imzalayıb.

Bu Gununsesi.info barədə xarici mediaya istinadən xəbər verir.

Sazişə əsasən, Qazaxıstanın dövlət dəmir yolu şirkəti “Qazaxıstan Temir Yolu” (KTZ) növbəti on il ərzində ES44Aci Evolution seriyalı lokomotivlər alacaq. ABŞ Ticarət Nazirliyi bu sövdələşməni “tarixin ən böyük sazişi” adlandırıb. Nazir Hovard Lutnikin sözlərinə görə, layihə ABŞ-da minlərlə iş yerini dəstəkləməklə yanaşı, Avropa-Asiya nəqliyyat əlaqələrinə töhfə verəcək.

Qazaxıstan Prezidentinin mətbuat xidməti də müqavilənin ölkədə lokomotivlərin istehsalı və texniki xidmətini nəzərdə tutduğunu açıqlayıb.

Razılaşma prezidentlər Donald Tramp və Qasım-Jomart Tokayev arasında telefon danışığından sonra əldə olunub.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью