Qazaxıstan Almaniyaya neft tədarükünü davam etdirməyə hazırdır

29.09.2026

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Bu missiyanı məsuliyyətlə yerinə yetirməyə davam etməyə hazırıq"

Qazaxıstan 2025-ci ildə Almaniyaya 10 milyon tondan çox neft tədarük edib və nəqliyyat imkanlarını nəzərə alaraq bu missiyanı yerinə yetirməyə davam etməyə hazırdır. AYNA.AZ xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Kasım-Comart Tokayevin "Handelsblatt" qəzetində dərc etdirdiyi məqaləsində qeyd edib.

Məqalənin dərci Tokayevin Almaniyaya rəsmi səfəri ilə üst-üstə düşür.

"2025-ci ildə Almaniyaya neft tədarükümüzün həcmi 10 milyon tonu keçib. Mövcud nəqliyyat imkanlarını nəzərə alaraq bu missiyanı məsuliyyətlə yerinə yetirməyə davam etməyə hazırıq", - deyə o bildirib.

2025-ci ildə Qazaxıstan “Drujba” boru kəməri ilə Almaniyadakı “Schwedt” neft emalı zavoduna 2,1 milyon ton neft göndərib. 2026-cı ildə ölkə bu marşrutla təxminən 3 milyon ton neft ixrac etməyi planlaşdırırdı. Lakin may ayında Rusiya Qazaxıstan neftinin “Drujba” vasitəsilə Almaniyaya tranzitini dayandırıb.

2026-cı ilin yanvar-aprel ayları arasında Qazaxıstan “Drujba” boru kəməri ilə Almaniyaya 1,02 milyon ton neft nəql edib. Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bu marşrutla daşınmaların növbəti üç ayda - sentyabr, oktyabr və noyabr aylarında bərpa olunmayacağını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью