Qazaxıstan Avropaya yeni hava marşrutu açacaq

06.02.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 6 fevral, AZƏRTAC

Qazaxıstan mayın 27-dən etibarən Budapeştə yeni hava marşrutu açacaq.

AZƏRTAC xəbər verir ki, bununla bağlı “Kazinform” agentliyi məlumat yayıb. Bildirilib ki, ölkənin SCAT aviadaşıyıcısı Qazaxıstandan Macarıstanın paytaxtı Budapeştə həftədə iki dəfə, çərşənbə axşamı və şənbə günləri Boeing 737 təyyarələri ilə uçuşlar həyata keçirəcək.

Qazaxıstan Nəqliyyat Nazirliyi yeni reysin Qazaxıstan və Macarıstan arasında ticarət-iqtisadi, biznes və turizm əməkdaşlığının daha da inkişafına töhfə verəcəyini bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью