Qazaxıstan AZAL təyyarə qəzası ilə bağlı araşdırmanın yayımlanma tarixini açıqlayıb | Icma…
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"2024-cü ilin dekabrında Aktau yaxınlığında Azərbaycanın “Embraer-190” sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmanın nəticələri yeni ildən sonra açıqlana bilər”.
525.az xəbər verir ki, bu barədə “RİA “Novosti”yə Qazaxıstan Baş nazirinin müavini və hadisəsnin araşdırılması üzrə Dövlət Komissiyasının rəhbəri Kanat Bozumbayev deyib.
“İstintaq üçün normativ müddət təxminən bir ildir, bəlkə bir az da uzun çəkə bilər. Müvafiq işlər davam etdirilir”, - o əlavə edib.
Rəsmi hesabatın dərc edilməsində mümkün gecikməyə diqqət çəkib.
Avqustun əvvəlində Bozumbayev qəza ilə bağlı yekun hesabatı bir neçə ay ərzində təqdim etməyi planlaşdırdığını açıqlayıb.
Daha sonra bildirib ki, qəzaya uğrayan təyyarənin avionika modulu ekspertiza üçün ABŞ-a göndərilib.
Xatırladaq ki, AZAL-a məxsus “Embraer 190” təyyarəsi Bakı–Qroznı reysi ilə hərəkətdə olarkən, 2024-cü il dekabrın 25-də səhər saatlarında Qazaxıstanın qərbində yerləşən Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.
Tam oxu
Xəbəri oxu