Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana səfəri sadəcə diplomatik görüş, təmas deyil, eyni zamanda, türk dünyası üçün çox mühüm əhəmiyyət kəsb edən və siyasi-iqtisadi birliyin möhkəmlənməsinə gətirib çıxara biləcək bir səfərdir.
Həmçinin Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə strateji bağlantılarının siyasi, iqtisadi, hərbi baxımdan dərinləşməsinə çox təsir edən bir səfərdir.
Bu səfər Azərbaycanın regiondakı lider mövqeyini, cənab Prezidentin mövqeyini, onun nüfuzunu təsdiqləyir və Azərbaycanın müstəqil daxili və xarici siyasətini bir daha dünyaya göstərir.
Azərbaycanla Qazaxıstan arasında münasibətlər ortaq köklərə, dilə, dinə söykənən münasibətlərdir”.
Bu sözləri xalqcebhesi.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Deputat qeyd edib ki, biz Türk Dövlətləri Təşkilatında (TDT) da bir yerdəyik, həmrəyiy: “Logistik və nəqliyyat daşımaları, eyni zamanda, Xəzərin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi və s.
bütün bunlar mühüm hadisələrdir. Eləcə də yaşıl enerji, bərpaolunan enerji, rəqəmsal iqtisadiyyat və bir sıra istiqamətlərdə bizim çox mühüm