Qazaxıstan Azərbaycana taxıl tədarükünü artırıb

29.09.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 29 sentyabr, AZƏRTAC

Bu il sentyabrın 1-dən 25-dək Qazaxıstanda yeni taxıl məhsulunun daşınması həcmi ötən ilin müvafiq dövrünə (878 min ton) nisbətən 14% artaraq 1 milyon ton təşkil edib.

AZƏRTAC Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına istinadla xəbər verir ki, ümumi həcmdən daxili ehtiyaclar üçün 258 min ton taxıl daşınıb (2024-cü ildə bu göstərici 155 min ton olub), məhsulun 777 min tonu isə ixrac olunub (ötən il 723 min ton).

Qonşu ölkələrə taxıl ixracında müsbət tendensiya müşahidə olunur: Özbəkistana 31%, Tacikistana 15%, Qırğızıstana 42%, Azərbaycana isə 2 dəfə (12 min tona qədər) artım qeydə alınıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью