Qazaxıstan bayraqla bağlı qaydaları sərtləşdirdi

07.07.2026

Icma.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Qazaxıstan hökuməti dövlət rəmzlərinin istifadəsi qaydalarına dəyişiklik edib.

"Azpolitika" xəbər verir ki, ölkə bayrağının reklam məqsədilə istifadəsi qadağan olunur.

Dövlət rəmzlərinə hörmətsizlik kimi qiymətləndirilə biləcək halların qarşısını almaq üçün onların geyim, yataq dəstləri, pərdə, süfrə və ya xalça kimi məişət əşyaları üzərində təsvir olunması da qadağan edilib.

Həmçinin, bayrağın eyvanlarda asılması üçün də xüsusi tələb müəyyənləşdirilib - dövlət rəmzi yalnız 45 dərəcə bucaq altında yerləşdirilməlidir.

Qeyd edək ki, yeni qaydalar iyulun 13-dən qüvvəyə minir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью