Qazaxıstan beynəlxalq arbitrajda qalib gəldi: Ölkəyə böyük neft şirkətləri milyardlarla vəsait ödəməlidir

27.01.2026

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qazaxıstan hökuməti ilə Qaraçaqanak layihəsində hasilatın pay bölgüsü sazişi çərçivəsində fəaliyyət göstərən böyük neft şirkətləri arasındakı mübahisəyə hüquqi qiymət verilib.

Oxu.Az "Bloomberg"ə istinadən xəbər verir ki, beynəlxalq arbitraj Qazaxıstan dövlətinin xeyrinə qərar çıxarıb.

"Məhkəmə hələlik sahədəki tərəfdaşların ödəməli olduğu konkret məbləği müəyyən etməyib, lakin xarici hüquq məsləhətçiləri bunun iki-dörd milyard dollar arasında ola biləcəyi ehtimalını irəli sürürlər", - deyə açıqlamada bildirilib.

Nəşrin məlumatına görə, arbitraj qərarı hökumətin "şirkətlərin təsdiqlənməmiş xərc artımlarını və yataqların hasilatı ilə bağlı müqavilə çərçivəsində digər xərcləri geri ödəmələri" mövqeyini təsdiqləyib.

Qaraçaqanak tərəfdaş şirkətləri məhkəmənin qərarından apellyasiya şikayəti verə bilərlər.

Bildirilir ki, bu qərar Qaraçaqanak yatağının operatorlarından altı milyard dollardan çox pul tələb edən Qazaxıstan hökuməti üçün qismən qələbədir.

Qazaxıstanın Energetika Nazirliyi məxfiliyi əsas gətirərək arbitrajın nəticəsi ilə bağlı şərh verməkdən imtina edib.

2023-cü ildə Qazaxıstan hökuməti Qaraçaqanak yatağını işlədən şirkətlərə qarşı büdcə ayırmaları ilə bağlı məhkəmə iddiası qaldırıb.

2025-ci ildə isə beynəlxalq şirkətlər mübahisəni yataqdan çıxarılan təbii qazı daxili istehlak üçün emal edəcək bir zavod tikməklə həll etməyi təklif ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью