Qazaxıstan beynəlxalq ticarət marşrutlarının müdafiəsini mühüm hesab edir

24.07.2026

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Qazaxıstan beynəlxalq ticarət marşrutlarının təhlükəsizliyini təmin etmək üçün səylərin birləşdirilməsini vacib hesab edir.

XQ Qazaxıstan Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, xarici işlər naziri Yermek Koşerbayev bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının iclasında verib.

Nazirin sözlərinə görə, hərbi münaqişəyə çevrilən geosiyasi qarışıqlıq ticarət əlaqələrinin sabitliyinə ciddi təsir göstərir və təchizat zəncirinin təhlükəsizliyi məsələsi, o cümlədən Qazaxıstan üçün getdikcə daha kritik hala gəlir.

Koşerbayev Qazaxıstan tərəfindən icarəyə götürülmüş enerji infrastrukturuna və neft tankerlərinə naməlum pilotsuz uçuş aparatlarının hücumlarını buna nümunə göstərib.

Xarici işlər naziri vurğulayıb ki, Qazaxıstan qanuni beynəlxalq ticarəti, qlobal enerji bazarlarını, nəqliyyat və logistika təchizat zəncirlərinin təhlükəsizliyini pozmağa yönəlmiş hər hansı bir hərəkəti tamamilə qəbuledilməz hesab edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью