Qazaxıstan bu il 3 min konteyner qatarının tranzitini təmin edəcək

22.02.2025

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Şensi əyaləti (ÇXR) 2025-ci ildə Çin-Avropa konteyner qatarlarının inkişafına 2,5 milyard yuan (344 milyon dollar) sərmayə qoyacaq.

AZƏRTAC “Qazaxıstan Dəmir Yolu” SC-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu məsələ Şensi əyalətinin qubernatoru Çjao Qanq ilə SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev arasında keçirilən görüşdə müzakirə edilib.

2025-ci ildə Qazaxıstan ərazisindən tranzitlə 3 min konteyner qatarının göndərilməsi planlaşdırılır.

Tərəflər, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çin-Avropa istiqamətində yubiley konteyner qatarının yola salınması mərasiminə hazırlıq məsələlərini və Qazaxıstan tərəfinin Sian şəhərində keçiriləcək iri beynəlxalq nəqliyyat və logistika forumlarında iştirakını müzakirə ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью