Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az “Exclusive.kz”ə istinadən xəbər verir ki, bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib.
“Qazaxıstan, Mərakeş və Uqanda kimi ölkələr minlərlə əsgər təklif ediblər”, - diplomat vurğulayıb.
O qeyd edib ki, bu ölkələrdən qoşunlar artıq Qəzzaya gəlməli idi: “Lakin proses davam edir. Qüvvələrin yerləşdirilməsi Vaşinqtonun gözlədiyindən daha yavaş gedir”.
Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də bir müddət əvvəl Astananın Qəzza zolağına hərbi bölmələr göndərməyə hazır olduğunu təsdiqləyib. O, yerləşdirmənin beynəlxalq qüvvələrin bir hissəsi olacağını bildirib.
Mürtəza