Qazaxıstan bu təşkilata üzv olmaq istəmir

30.05.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Qazaxıstan BRİKS-ə qoşulmağı planlaşdırmır.

Axar.az xəbər verir ki, bu sözləri ölkə Prezidenti Qasım-Jomart Tokayev “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

O bildirib ki, praqmatik mülahizələri rəhbər tutur və təşkilatın tərəfdaşı statusunu yetərli hesab edir. Tokayev qeyd edib ki, söhbət tamhüquqlu üzvlüyün faydalılığından gedir və BRİKS-in “nizamnaməsi, katibliyi, proqramı yoxdur:

“Gəlin görək, BRİKS beynəlxalq təşkilat kimi nə dərəcədə effektiv olacaq. Hələlik Qazaxıstan müşahidəçi statusunda qalacaq, sonra isə zaman göstərər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью