Qazaxıstan buğdası ilə ilk qatar BƏƏ yə yola düşüb

13.05.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi çərçivəsində Qazaxıstan buğdası ilə ilk qatar BƏƏ-yə göndərilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a “Qazaqstan temir yolu” şirkətinin mətbuat xidmətinə istinadən bildirib.

Məlumata görə, Qazaxıstan buğdasının ilk partiyası ilə qatar əmirliyin Cəbəl-Əli limanına yola düşüb, yükün treyderi “IK Trading” şirkəti olub.

“Marşrut Türkmənistan və İran ərazisindən keçir, daha sonra Bəndər-Abbas limanında yükaşırma və dəniz yolu ilə BƏƏ-yə çatdırılma həyata keçirilir. Ortalama yol müddəti 18 gündür”, – şirkətdən bildirilib.

Şirkət əlavə edib ki, bu addım Avrasiya və Yaxın Şərq arasında logistika marşrutlarının inkişafında növbəti mərhələ olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью