Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Astana, 11 yanvar, AZƏRTAC
Qazaxıstanda avtomobil keçid məntəqələrinin tammiqyaslı modernləşdirilməsi davam edir.
AZƏRTAC Qazaxıstan Respublikası Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, yenilənmə Çin, Özbəkistan və Türkmənistanla sərhəddə ümumilikdə 9 buraxılış məntəqəsinə təsir göstərib.
Nəzərdə tutulan işlər çərçivəsində buraxılış qabiliyyətinin sutkada 6 dəfəyə qədər, orta hesabla 170-dən 960-a çatdırılması, habelə sərhədi keçmə vaxtının 30 dəqiqəyə qədər azaldılması gözlənilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana