Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
Qazaxıstan və bir sıra digər ölkələr Qəzzada sülhü qorumaq məqsədilə minlərlə hərbçi yerləşdirməyə hazırdır. "Exclusive.kz" saytının məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts məlumat verib. Uolts qeyd edib ki, həmin ölkələrdən olan qoşunlar artıq Qəzzaya çatmalı idi. Bununla belə, o əlavə edib ki, qoşunların yerləşdirilməsi prosesi Vaşinqtonun gözlədiyindən daha yavaş gedir. Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astananın Qəzza zolağına hərbi birləşmələr göndərməyə hazır olduğunu təsdiqləmişdi.
XQ