Qazaxıstan daha iki AESin inşasına başlamağı planlaşdırır

03.01.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Qazaxıstan yaxın gələcəkdə ikinci və üçüncü AES-in inşasına başlaya bilər".

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə ölkə prezidenti Kasım-Jomart Tokayev "Ana tili" ("Ana dili") qəzetinə müsahibəsində bildirib.

O, Qazaxıstana böyük, güclü atom stansiyasının lazım olduğuna əminliyini bildirib.

"Üstəlik, yaxın gələcəkdə ikinci və bəlkə də üçüncü AES-in tikintisini başlayacağımızı istisna etmirəm. Nüvə sənayesi artıq enerji çatışmazlığı yaşayan iqtisadiyyatımızın inkişafına güclü təkan verəcək. Hesab edirəm ki, Qazaxıstan inkişaf etmiş nüvə energetikasına malik ölkəyə çevrilməlidir. Onun böyük gələcəyi var", - deyə Qazaxıstan lideri bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью