Qazaxıstan FHN: Təyyarədə 69 nəfər sərnişin olub

25.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat verir.

Bu gün Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 67 nəfər deyil, 69 nəfər olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan FHN-in Fövqəladə Halların Aradan Qaldırılması Departamentinin İdarə rəisi Kayrat Janaspayev məlumat verib.

Qeyd olunurb ki, təyyarədə 69 nəfər olub, onlardan 5 nəfəri ekipaj üzvüdür.

Xatırladaq ki, daha əvvəl təyyarədə 67 nəfərin olduğu deyilirdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью