Qazaxıstan helikopteri sərt eniş etdi, ölən var

09.11.2024

Icma.az bildirir, Bakupost portalına istinadən.

Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan KİV ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin məlumatına görə, təlim uçuşu zamanı göyərtədə 3 ekipaj üzvü olub, sərt eniş sonrası onlardan biri ölüb, ikisi ağır vəziyyətdə xəstəxanaya çatdırıb.

Qeyd olunubki, hadisənin təfərrüatları araşdırılır, olay yerində qurumlararası əməliyyat qrupu işləyir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью