Qazaxıstan hökuməti ikinci atom elektrik stansiyasının tikintisini təsdiqləyib

02.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Astana, 2 fevral, AZƏRTAC

Qazaxıstan hökuməti Almatı vilayətinin Jambıl rayonunda ikinci atom elektrik stansiyasının tikintisini təsdiqləyib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, qərar Baş nazir Oljas Bektenov tərəfindən imzalandıqdan dərhal sonra qüvvəyə minib.

Xatırladaq ki, ötən ilin avqust ayında Almatı vilayətinin Jambıl rayonunun Ulken qəsəbəsində birinci AES-in tikintisi layihəsi üzrə işlərə başlanılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью