Qazaxıstan iki ildən sonra faizləri artırdı SƏBƏB

29.11.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat yayır.

Qazaxıstan milli valyutanın zəifləməsinin inflyasiyaya təsirini minimuma endirmək üçün 2022-ci ildən bəri ilk dəfə faiz dərəcələrini artırıb. 


Sfera.az xəbər verir ki, Qazaxıstan Milli Bankı bu gün uçot dərəcəsini 14,25%-dən 15,25%-ə qaldırıb. 


Qeyd edək ki, “Bloomberg”in sorğusuna qatılan iqtisadçılar faizlərin artırılmasını gözləmirdilər.


Uçot dərəcəsinin artırılmasını əsaslandıran Milli Bank bildirib ki, faizlərin artırılmasında məqsəd illik inflyasiyanı 5% həddində saxlamaqdır. 


Qazaxıstan milli valyutasının ucuzlaşmasının səbəbi ikinci ən böyük ticarət tərəfdaşı olan Rusiyada rublun ucuzlaşmasıdır. Rublun kəskin ucuzlaşmasından sonra təngə 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.


Vasif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью