Qazaxıstan İranda terminal tikəcək

07.07.2026

Xalqcebhesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstan və İran arasında Bəndər-Abbas limanında terminalın tikintisinə dair müqavilə imzalanıb.

Bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Məlumata görə, Şəhid Rəcayi limanındakı ərazi Qazaxıstanın istifadəsinə 27 il müddətinə veriləcək.

Bu müddətin ilk 2 ili terminalın inşasına, qalan 25 ili isə obyektin istismarına ayrılıb.

Bildirilib ki, İranın sözügedən limanında Qazaxıstan terminalının yaradılması "Şimal-Cənub" nəqliyyat dəhlizinin potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью