Qazaxıstan Konstitusiyasının mətnində düzəliş tələb edən səhvlər var | Icma.az
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Qazaxıstan Respublikası Konstitusiyasının mətnində hüquqşünaslar və dilçilər tərəfindən düzəldilməli olan bir sıra qeyri-dəqiqliklər və səhvlər var".
"Cebheinfo.az" TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Milli Qurultayın (məsləhət-məşvərət orqanı) iclasında çıxış edərkən bildirib.
"Konstitusiyamızın mətnində bəzi ayrı-ayrı səhvlər müəyyən edilib. Vaxtilə terminoloji və stilistik qeyri-dəqiqliklər edilib.
Biz bu boşluqları konstitusiya islahatının bir hissəsi kimi aradan qaldırmalıyıq.
Bu işə təkcə hüquqşünaslar deyil, həm də ixtisaslı dil mütəxəssisləri cəlb olunacaqlar", - deyə o qeyd edib.
Dövlət başçısının sözlərinə görə, konstitusiyanın preambulasına xüsusi diqqət yetirilməlidir.
Milli dəyərləri tam əks etdirməsi və zamanla aktuallığını qoruması üçün Konstitusiya yenidən yazılmalıdır.
Tam oxu
Xəbəri oxu