Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanı daha altı ay uzadıb

27.11.2024

Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qazaxıstan mayeləşdirilmiş neft qazının ixracına qoyulan qadağanı daha altı ay uzadıb

Qazaxıstanın Energetika Nazirliyi mayeləşdirilmiş neft qazının (LPG), propan və butanın dəmir yolu və avtomobil nəqliyyatı ilə ixracına qoyulan qadağanı 2025-ci ilin may ayına qədər uzadıb. Bu barədə “Oil and Capital” nəşri məlumat yayıb.

Məhdudiyyətlər PSA layihələrindən və ya respublika rəhbərinin təsdiq etdiyi yanacağa şamil edilməyəcək. Bundan əlavə, qadağa “Kazmunaigas”dan başqa “Eni”, “Shell”, “Chevron” və “LUKOIL” şirkətlərinə məxsus Qaraçaqanak neft-qaz kondensat yatağının xammalına təsir etməyəcək.

Təşəbbüs Qazaxstanda maye qazla işləyən avtomobillərin sayının artması fonunda yanacaq çatışmazlığı səbəbindən tətbiq edilir. Hər ay respublikada bu növ xammalın 25%-ə qədəri çatışmır. Ötən il mayeləşdirilmiş neft qazına tələbat 14% artaraq 2,2 milyon tona çatıb.

Oxuməni.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью