Qazaxıstan Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə çərçivəsində sədrliyi qəbul edib

30.01.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Astana, 30 yanvar, AZƏRTAC

Qazaxıstan Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə çərçivəsində 2026-cı il üçün sədrliyi qəbul edib.

AZƏRTAC Qazaxıstanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, bu ölkənin xarici siyasət qurumunun nümayəndələri müqavilənin iştirakçı dövlətlərinin illik məsləhətləşmə görüşündə iştirak ediblər. Görüş zamanı sədrliyin funksiyaları rəsmi olaraq Qazaxıstana verilib.

Tərəflər 2025-ci il üzrə birgə fəaliyyəti və cari il üçün planları, o cümlədən BMT çərçivəsində fəaliyyətlərin koordinasiyasını müzakirə ediblər.

İl ərzində Mərkəzi Asiya ölkələrinin xarici siyasət qurumlarının xətti ilə anım tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Mərkəzi Asiyada nüvə silahından azad zona haqqında müqavilə (“Semipalatinsk müqaviləsi”) Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan tərəfindən 2006-cı il sentyabrın 8-də Semipalatinskdə imzalanıb və 2009-cu il martın 21-də qüvvəyə minib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью