Qazaxıstan millisindən ardıcıl 4cü məğlubiyyət

14.11.2024

Qol.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstan millisi UEFA Millətlər Liqası çərçivəsində Avstriya ilə qarşılaşıb.

QOL.az xəbər verir ki, B Liqasının 5-ci turunda keçirilən görüşdə Stanislav Çerçesovun çalışdırdığı komanda 0:2 hesabı ilə məğlub olub. Beləliklə, Qazaxıstan yığması B Liqasının üçüncü qrupunda 1 xalla sonuncu sırada qərarlaşaraq C Liqasına düşüb.

Qeyd edək ki, bu, millinin rusiyalı mütəxəssisin rəhbərliyi altında ardıcıl dördüncü məğlubiyyəti olub.

14 noyabr

Qazaxıstan - Avstriya - 0:2

Qollar: Baumqartner, 15, Qreqoriç, 25
Qırmızı vərəqə: Maroçkin, 23 (Qazaxıstan)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью