Qazaxıstan millisinin hücumçusu “Neftçi”nin hədəfində

17.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı bəlli olub.

İdman.biz xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.

“Neftçi” forvardın formasını geyindiyi “Tobol”la razılıq da əldə edib. Lakin İslam karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı futbolçu ilə Şotlandiya təmsilçisi “Harts” da maraqlanır. Lakin böyük britaniyalılar da “Tobol”la razılığa gələ bilmir.

Qeyd edək ki, 2023-cü ildən Qazaxıstan millisinə çağırılan hücumçu 4 oyunda 2 qol vurub.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью