Qazaxıstan MNin helikopteri qəzaya düşdü, ölən var

09.11.2024

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstan Müdafiə Nazirliyinin “Mi-8” helikopteri təlim uçuşu yerinə yetirərkən Aktobe vilayətində sərt eniş edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, nəticədə hadisə yerində yanğın baş verib. Yanğın xilasedicilər tərəfindən söndürülüb.

Helikopterin göyərtəsində 3 ekipaj üzvü olub, onların biri ölüb, ikisi isə xəstəxanaya yerləşdirilib.

Qazaxıstan MN helikopterin sərt enişinin ilkin səbəbi kimi texniki nasazlığı göstərib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью