Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aprelin 16-da müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan müdafiə nazirinin silahlanma və hərbi texnika üzrə müavini Şayx-Xasan Jazıkbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə SİA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazir qonaqları salamlayaraq onları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
V.Mustafayev diqqətə çatdırıb ki, müxtəlif istiqamətlərlə yanaşı, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi türk dövlətləri arasında strateji tərəfdaşlığın əsas istiqamətlərindən biridir.
Göstərilən qonaqpərvərliyə görə minnətdarlıqlarını ifadə edən qonaqlar Azərbaycanla bu sahədə əlaqələrin genişlənməsi üçün böyük potensialın mövcud olduğunu bildiriblər. Görüş zamanı hərbi-texniki sahədə əməkdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi, işgüzar səfərlərin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Mətləb
WhatsApp-da Səs Media Qrupu kanalını izləyin
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Ruslar kəmər sıxma səbəbindən daha çox araq içməyə başlayıblar...
Vətəndaş bu hallarda inzibati cəriməyə etiraz edə bilər - DİQQƏT
Gömrük əməkdaşları üçün təlim keçirilib
Qanqalın düzgün istifadə olunmaması hansı hallarda faydadan çox zərər verə bilər? - AÇIQLANDI
“Uşaqların rəqəmsal mühitdə qorunması kompleks yanaşma tələb edir“ -SOSİOLOQ DANIŞDI
Azərbaycan ilk dəfə BMT Gənclər Nümayəndələri proqramında təmsil olunur
Kişilər həyat yoldaşının soyadını götürməyə necə baxır? - SORĞU
Oyunlar günahkardırmı? Məktəb qətliamlarının görünməyən səbəbləri - ARAŞDIRMA
DSMF-nin rüblük gəlirləri və xərcləri açıqlanıb
Anar Quliyev Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib