Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri: AZAL ekipajı iki dəfə eniş etməyə cəhd edib Doğru Xəbərlər

27.12.2024

Icma.az bildirir, Dogru.az saytına əsaslanaraq.

Azərbaycan Hava Yollarına məxsus təyyarənin ekipajı iki dəfə Aktau hava limanında uçuş-enmə zolağına enməyə cəhd edib.

Bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev brifinqdə bildirib.

Onun sözlərini RİA Novosti sitat gətirir.

“Heyət aerodromun uçuş-enmə zolağına enməyə iki cəhd etdi, bu zaman trayektoriyada xaotik dəyişikliklər müşahidə edildi. Sonra ekipajla əlaqə kəsilib”, – deyə Karabayev bildirib.

Bundan əvvəl Qazaxıstan Fövqəladə Hallar Nazirliyi Aktauda baş vermiş təyyarə qəzasında həlak olan 38 nəfərdən 10 nəfərin artıq şəxsiyyətinin müəyyən edildiyini bildirmişdi.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью