Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Astana, 17 dekabr, AZƏRTAC Qazaxıstanın Almatı vilayəti, Ulken kəndi yaxınlığında gücü 2-2,8 QVt olan atom elektrik stansiyasının tikintisi planlaşdırılır.AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hazırda nüvə texnologiyalarının potensial təchizatçıları ilə fəal danışıqlar aparılır.Xatırladaq ki, 2024-cü il oktyabrın 6-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinə əsasən, Qazaxıstan vətəndaşlarının əksəriyyəti atom elektrik stansiyasının tikintisi təşəbbüsünü dəstəkləyib.
Elşən RüstəmovAZƏRTAC-ın xüsusi müxbiriAstana Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.