Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

06.10.2026

Icma.az, Azertag saytına istinadən bildirir.

Astana, 6 oktyabr, AZƏRTAC

Qazaxıstan və Oman nəqliyyat və logistika sahəsində əməkdaşlığı, o cümlədən Oman limanları vasitəsilə ticarət dəhlizini və iki ölkə arasında hava əlaqəsini inkişaf etdirmək niyyətindədir.

AZƏRTAC Akordaya istinadla xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Oman Sultanı Heysəm bin Tariq Al Səidin Astanada keçirilən danışıqları zamanı bildirilib.

Oman Sultanı qeyd edib ki, Qazaxıstan Asiya ilə Avropanı birləşdirən əsas qlobal ticarət dəhlizləri üzərində strateji mövqeyə malikdir, Oman isə Körfəzi, Hind okeanını, Asiya və Afrikanın əsas bazarlarına birbaşa dəniz çıxışı təmin edir.

Onun sözlərinə görə, bu bir-birini tamamlayan üstünlüklərdən istifadə iki ölkə arasında iqtisadi artım və əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli imkanlar yaradır.

Danışıqların yekununda tərəflər energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, informasiya texnologiyaları, rəqəmsallaşma və səhiyyə sahələrini əhatə edən ikitərəfli sazişlər paketi imzalayacaqlar.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью