Qazaxıstan ordusunda yoxlamalar aparılır

05.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Qazaxıstanda Müdafiə Nazirliyinin 50 obyekti, o cümlədən 48 hərbi hissədə yoxlamalara başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Qazaxıstanın Ali Audit Palatasının rəhbəri Əlixan İsmayılov deyib.

“Audit Silahlı Qüvvələrin bütün əsas fəaliyyət istiqamətlərini, o cümlədən silah və hərbi texnikanın modernləşdirilməsini, eləcə də təlimlərin keçirilməsini əhatə edəcək”, - o bildirib.

Qeyd edək ki, sentyabrın 24-də Xəzər dənizində hərbi təlimlər zamanı 14 hərbçinin həlak olmasından sonra Qazaxıstan Müdafiə Nazirliyində dövlət auditi başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью