Qazaxıstan “Oreşnik”ə görə narahatdır Tokayev güc strukturlarına tapşırıq verdi AzPolitika onlayn siyasiictimai qəzet

22.11.2024

Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Vladimir Putinin Ukraynaya orta mənzilli “Oreşnik” raketi ilə zərbə endirilməsinə dair hədələyici bəyanatından sonra hökumətə və təhlükəsizlik qüvvələrinə hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Tokayevin mətbuat katibi Berik Uali özünün “Facebook” səhifəsində paylaşım edib.

Orada deyilir: “Dövlət başçısı Qasım-Jomart Tokayev baş nazirə, Prezident Administrasiyasının rəhbərinə, bütün hüquq-mühafizə orqanlarının rəhbərlərinə və akimlərə Ukrayna ətrafında vəziyyətin gərginləşməsilə əlaqədar əsas hərbi və mülki obyektlərin təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməyi tapşırıb.”

Onun sözlərinə görə, ölkədəki vəziyyət prezidentin şəxsi nəzarətindədir: “Dövlətimiz üçün əsas strateji məqsəd sabitliyi, əmin-amanlığı, asayişi qorumaqdır”.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью