Qazaxıstan ötən il 100 mln. tona yaxın neft hasil edib

27.02.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

2025-ci ildə Qazaxıstanda neft hasilatının həcmi təxminən 99,6 milyon ton səviyyəsində olub.

“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov bildirib.

Onun sözlərinə görə, faktiki hasilat 99 milyon 550 min ton təşkil edib.

Eyni zamanda nazir qeyd edib ki, 2026-cı il üzrə hasilat planları hələlik formalaşdırılma mərhələsindədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью