Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Bu barədə Qazaxıstan Nazirlər Kabinetinin iclasında məlumat verilib.
Diqqətə çatdırılıb ki, layihə çərçivəsində internet şəbəkəsinin əsasən ictimai əhəmiyyətli nöqtələrdə: məktəblər, tibb müəssisələri, hava limanları, vağzallar və sərhəd məntəqələrin də quraşdırılması planlaşdırılır.
Ölkənin "Freedom Telecom Operations" şirkətinin rəhbəri Kayrat Axmetov söyləyib ki, belə bir infrastruktur süni intellektə (Sİ) əsaslanan rəqəmsal xidmətlər və həllərin inkişafı üçün platformaya çevriləcək, gələcəkdə isə Qazaxıstanın "Sİ iqtisadiyyatı"nın formalaşmasına təkan verəcək.
Məlumata görə, layihənin ilkin mərhələsində internet şəbəkəsi 10 şəhər üzrə 400 məntəqədə quraşdırılacaq.
2026-cı ilədək bu məntəqələrin sayının 10 minə, 2027-ci ilədək isə 20 minə çatdırılması nəzərdə tutulur.
Firudin Həmidli AzVision.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.