Qazaxıstan Özbəkistana 35 min ton neft tədarük edəcək

15.12.2025

Icma.az, Newscenter.az portalına istinadən məlumatı açıqlayır.


Qazaxıstan dekabr ayında Özbəkistana neft tranzitini bərpa etməyi düşünür.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə Kaztransoil ASC-nin mətbuat xidməti məlumat verib
Bildirilib ki, Astana ay sonuna qədər Özbəkistana 35 min tona qədər neft göndərməyi planlaşdırır.
Şirkət bildirib ki, 2017-ci ildən bəri ilk dəfə olaraq noyabr ayında Qırğızıstana neft tədarükü bərpa olunub. İlin sonuna qədər Qırğızıstana 30 min tona qədər neft göndərilməsi planlaşdırılır.
Bildirilib ki, neft əsas neft kəməri sistemi vasitəsilə bütün istiqamətlərdə "Kaztransoil" şirkətinə məxsus Şagir neft doldurma məntəqəsinə çatdırılacaq. Orada neft dəmir yolu çənlərinə yüklənəcək.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью