Qazaxıstan Parlamentinin sədri Sahibə Qafarovaya zəng etdi

27.12.2024

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Qazaxıstan Respublikası Parlament Məclisinin sədri Yerlan Koşanov Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, Qazaxıstan Parlament Məclisinin sədri "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Parlament Məclisinin sədri öz adından və qazaxıstanlı deputatlar adından Azərbaycan xalqına və qəza nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına səbr diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.
Spiker Sahibə Qafarova göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью