Qazaxıstan paytaxtında “Astana 2025” Beynəlxalq Forumu keçirilir

29.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Astana, 29 may, AZƏRTAC

Cümə axşamı, mayın 29-da Qazaxıstanın paytaxtında respublika Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə “Astana-2025” Beynəlxalq Forumu açılıb.

AZƏRTAC xəbər verir ki, “Fikirləri birləşdirərək, gələcəyi formalaşdırırıq” devizi altında keçirilən forumda 70-dən çox ölkədən nümayəndələr və xarici medianın 100-ə yaxın təmsilçisi iştirak edir.

Forumun əsas məruzəçiləri arasında Ruanda Prezidenti Pol Kaqame və Qlobal Yaşıl İnkişaf İnstitutunun sədri Pan Gi Mun da var.

Astana Beynəlxalq Forumu Mərkəzi Asiya regionunda ən böyük tədbirdir. Bu, xarici hökumətlərin, beynəlxalq təşkilatların, iri şirkətlərin, işgüzar və elmi dairələrin yüksək səviyyəli nümayəndələri arasında beynəlxalq gündəlikdəki əsas məsələlər - xarici siyasət, iqtisadiyyat və maliyyə, təhlükəsizlik, davamlı inkişaf, enerji və iqlim üzrə dialoq üçün qlobal platformadır.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью