Qazaxıstan prezidenti komandasını yeniləyir

25.09.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev prezident administrasiyasında kadr dəyişikliyi həyata keçirib.

Oxu.Az-ın "Akorda"ya istinadən verdiyi xəbərə görə, dəyişikliklər prezident komandasındakı bir neçə əsas vəzifəni əhatə edib.

Rəsmi sərəncama əsasən, Alixan Jamsatov Prezident Administrasiyasının Dövlət Nəzarəti şöbəsinin müdiri təyin edilib.

Baxıtjan Sapiyev prezidentin müşaviri təyin edilib. O, bu təyinata görə əvvəlki vəzifəsindən azad edilib.

Kadr dəyişikliyi çərçivəsində bir neçə yüksəkvəzifəli məmur postunu tərk edib. Yernar Baspayev prezidentin müşaviri vəzifəsindən azad edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью