Qazaxıstan Prezidenti TDT sammitində iştirak etmək üçün Macarıstana səfər edəcək

19.05.2025

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Astana, 19 may, AZƏRTAC

Mayın 20-21-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Macarıstana səfər edəcək.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Qazaxıstanın dövlət başçısı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitində iştirak edəcək.

Sammit Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə Macarıstan paytaxtında baş tutacaq. Təşkilatın tarixində ilk dəfə qeyri-rəsmi sammit müşahidəçi dövlətin ərazisində keçiriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью