Qazaxıstan Putinin səfərini gözləyir

25.11.2024

Icma.az, Manset portalına istinadən məlumat verir.

Rusiya Prezidenti Vladimir Putinin noyabrın 27-də Qazaxıstana dövlət səfəri gözlənilir.

Manset.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat xidmətindən məlumat verilib.

"Putin ölkəyə Kasım-Jomart Tokayevin dəvəti ilə gələcək",- mətbuat xidmətinin bəyanatında deyilir.

Məlumata görə, səfər çərçivəsində yüksək səviyyəli danışıqlar aparılacaq.

“Dövlət başçıları Qazaxıstan və Rusiya arasında XX Regionlararası Əməkdaşlıq Forumunda videokonfrans vasitəsilə iştirak edəcəklər”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью