Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028 ci ilədək uzadıb

07.10.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

Qazaxıstan Məclisi Rusiya ilə neft və neft məhsullarının tədarükünə dair hökumətlərarası sazişin müddətinin uzadılması haqqında protokolu ratifikasiya edib.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sənəd sazişin qüvvədə olma müddətini 2028-ci il yanvarın 1-dək uzadır. Saziş 2013-cü ildən qüvvədədir.

Protokol tədarükün indikativ balanslarının hər il razılaşdırılması, iki ölkənin səlahiyyətli orqanları arasında məlumat mübadiləsi mexanizmini, habelə gömrük rüsumu tutulmadan Rusiyadan neft məhsullarının idxal edilməsi imkanını qoruyub saxlayır.

Bununla yanaşı, 2028-ci ildən etibarən tərəflərdən biri sazişə xitam vermək niyyəti barədə digər tərəfi yazılı şəkildə məlumatlandırmadığı təqdirdə, sənəd avtomatik olaraq beşillik müddətlərə uzadılacaq.

Qazaxıstanın energetika naziri Erlan Akkencenov qeyd edib ki, saziş enerji təhlükəsizliyi və ölkənin daxili neft məhsulları bazarının sabit fəaliyyətinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью