Qazaxıstan Rusiya qazının Çinə tranziti şərtlərini açıqlayıb AZƏRTAC

25.11.2024

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Astana, 25 noyabr, AZƏRTAC

Qazaxıstan Rusiya qazını öz ərazisi ilə Çinə çatdırmaqda maraqlıdır və müsbət qərar olarsa, bu marşrutu təmin etməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev məlumat verib.

Nazir bildirib: “Əlbəttə, Qazaxıstan bu layihənin həyata keçirilməsində maraqlıdır. Yəni, Rusiyada müvafiq qərarlar qəbul edilərsə, o zaman biz müəyyən həcmdə qazın verilməsi zərurəti şərti ilə ərazimizdən həmin marşrutun keçməsini təmin etməyə hazırıq. Söhbət daxili bazar üçün razılaşdırılmış qiymətlə 10 milyard kubmetrə qədər qazdan gedir”.

Qazaxıstanın energetika naziri vurğulayıb ki, layihə, ilk növbədə, iki dövlətin səlahiyyətlərinə aiddir və onlar bu işlərin icrasına başlamazdan əvvəl özləri üçün əsas parametrləri müəyyən etməlidir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью