Redaktor.az saytına istinadən Icma.az xəbər verir.
Finlandiya Prezidenti Alexander Stubb hesab edir ki, Qazaxıstan Avropaya enerji tədarükündə Rusiyadan alternativ mənbə rolunu oynaya bilər.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Stubb vurğulayıb ki, “Rusiyadan enerji resurslarının Avropaya tədarükünün 80%-dən çox azalması alternativ enerji mənbələrinə ehtiyacı artırır. Bu kontekstdə Qazaxıstanın rolu mühümdür”.
28 oktyabr tarixində Stubb və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ukrayna münaqişəsinin həlli ilə bağlı birgə bəyanat yayıblar. Finlandiya lideri daha əvvəl, oktyabrın 21-də, anti-Rusiya sanksiyalarının mərhələli ləğv olunmasını istisna etməyib. Onun fikrincə, iki mərhələli plan əvvəlcə atəşkəs və etimad tədbirləri ilə başlamalıdır, digər məsələlər, o cümlədən ərazi güzəştləri və qoşunların çıxarılması, daha sonra müzakirə olunmalıdır.
Nuriyyə NATİQQIZI