Qazaxıstan Rusiyadan üz döndərir: Bu ölkə ilə 70 müqavilə İMZALADI | Icma.az
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır. Qazaxıstan Çinlə əməkdaşlığı gücləndirərək 70-dən çox müqavilə imzalayıb.
Bu addım Moskvadan asılılığı azaltmaq niyyətini ortaya qoyur.
Turkustan.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Ukrayna Xarici Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.
Məlumatda bildirilir ki, imzalanan kommersiya müqavilələrinin ümumi dəyəri 15 milyard dolları ötür.
Sənəd enerji, nəqliyyat, metallurgiya, kənd təsərrüfatı və yüksək texnologiya sahələrini əhatə edir.
Əsas diqqət Transxəzər beynəlxalq nəqliyyat marşrutunun inkişafına yönəlib.
Bu marşrut Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çini Avropa ilə birləşdirir.
Gələcəkdə daşımaların həcminin 2–3 milyon tondan 10 milyon tona çatdırılması planlaşdırılır.
Tam oxu
Xəbəri oxu