Qazaxıstan sahillərində ilk dəfə mindən çox ölü suiti tapılıb | Icma.az
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahillərində mindən çox ölü suiti aşkarlanıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə TASS-a müsahibəsində ölkənin Hidrobiologiya və Ekologiya İnstitutunun direktoru Mirqali Baymukanov bildirib.
Onun sözlərinə görə, mütəxəssislər ilk dəfədir ki, bu qədər ölü suiti qeydə alıblar.
Hazırda alimlər suitilərin kütləvi tələf olma səbəbini müəyyənləşdirirlər: “Ola bilsin ki, bu hal davam edəcək.
Sentyabrın sonundan indiyədək suitilər aşkar edilib. Heyvanların ölüm səbəblərini hələ də dəqiq açıqlamaq mümkün deyil.
Tələfatın səbəbini tapmaq üçün çoxlu sayda tədqiqatlar aparmaq lazımdır.
Bunun səbəbləri çirklənmə, seysmik fəaliyyət şəklində təbii fəlakətlər ola bilər.
Tam oxu
Xəbəri oxu