Qazaxıstan səmasında HƏYƏCANLI ANLAR

28.01.2025

Icma.az bildirir, Olke.az portalına istinadən.

Astanada təyyarə quş sürüsü ilə toqquşub.

"Ölkə.az" xəbər verir ki, bu barədə “Air Astana” məlumat yayıb.

"FS 7366" Uralsk - Astana reysi ilə uçan zaman Uralsk hava limanında quş sürüsü ilə toqquşub. Sistemlərin və mühərriklərin işində heç bir nasazlıq olmadığına əmin olan ekipaj uçuşu davam etdirərək, həmişəki kimi Astanada eniş edib.

Enişdən sonra təyyarəyə baxış zamanı, əsasən sol mühərrikdə və gövdənin sol tərəfinin səthində çoxsaylı zədələr aşkar edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью