Qazaxıstan səmasında müəmmalı partlayış

23.10.2025

Icma.az bildirir, Azvision portalına istinadən.

AzVision.az “kazlenta.kz.” portalına istinadən xəbər verir ki, Qazaxıstanın Müdafiə nazirliyinin məlumatına görə, PUA-nın qalıqları yaşayış məntəqələrindən uzaqda, ucqar ərazidə aşkar edilib. Xəsarət alan və maddi ziyan olmayıb.
“Səlahiyyətli dövlət qurumları ilə birlikdə hadisə yerinə baxış keçirmək, hadisənin baş vermə şəraitini və obyektin mənşəyini müəyyən etmək üçün tədbirlər görülür. Hava məkanına nəzarətin gücləndirilməsi və hava vasitələrinin dövlət sərhədlərini icazəsiz keçməsinin qarşısının alınması məqsədilə əlavə tədbirlər həyata keçirilib”, - Qazaxıstanın Müdafiə nazirliyinin açıqlamasında vurğulanır.
Bundan başqa, bu cihazlara potensial sahib ola biləcək xarici tərəfdaşlarla da məsləhətləşmələr aparılır.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью