Qazaxıstan sərhədində PUA partladı FOTO

23.10.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Qazaxıstanın Rusiya ilə sərhədində mənşəyi naməlum olan pilotsuz təyyarə partlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyindən bildiriblər.

Məlumata görə, pilotsuz təyyarə Qərbi Qazaxıstan vilayətinin Burlin rayonunda partlayıb, qalıqları isə yaşayış olmayan ərazidə aşkarlanıb.

"Hazırda bu cihazlara sahib ola biləcək xarici tərəfdaşlarla məsləhətləşmələr aparılır", - nazirlikdən bildiriblər.

“Zakon” nəşri hadisənin Qızıltal kəndi yaxınlığında baş verdiyini və pilotsuz uçuş aparatının partlayıcı yüklü olduğunu bildirib. Eyni zamanda Orenburq vilayətində də təhlükəsizlik xəbərdarlığı edilib. Qızıltaldan Orenburq vilayəti ilə sərhədə qədər olan məsafə 37 kilometrdir.

Zaur, BakuPost



Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью